27 yanvar 2026. Çərşənbə axşamı

“Lion” Endrikin icarə müddətini uzatmaq istəyir


  • Transfer
  • 22:16 26.01.2026
  • Oxunma sayı: 43
“Lion” Endrikin icarə müddətini uzatmaq istəyir

Fransanın “Lion” klubu qış fasiləsində “Real” klubundan icarə əsasında heyətinə qatdığı hücumçu Endriki komandada saxlamaq niyyətindədir.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumata görə, klub braziliyalıbnın icarə müddətinin uzadılması üzərində çalışır. Baş məşqçi Paulu Fonseka rəhbərliyi futbolçunun daha uzun müddət komandada qalması üçün mümkün olan bütün addımları atmağa çağırır.

Hazırda Endrik “Lion”un heyətində üç oyuna çıxıb, bu görüşlərdə dörd qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Son matçda het-trik edən hücumçu komandasının 5:2 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub. Klublar arasında mövcud icarə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir və “Lion” futbolçunun maaşının 50 faizini ödəyir.

Qeyd edək ki, “Lion”un Endriki birdəfəlik transfer etmək hüququ yoxdur. Bu isə o deməkdir ki, icarə müddəti başa çatdıqdan sonra futbolçu “Real”a qayıtmalıdır. Tərəflər icarə müddətinin uzadılması ilə bağlı danışıqları davam etdirsələr də, hələlik yekun qərar qəbul olunmayıb.







Transfer

“Aston Villa”dan "Çelsi"yə
  • Transfer
  • 23:32 26.01.2026
“Aston Villa”dan "Çelsi"yə