- Transfer
- 23:58 26.01.2026
"Latsio"nun mərkəz müdafiəçisi Mario Xila komandasını dəyişə bilər.
90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, 25 yaşlı futbolçunun xidmətində İtaliya nəhəngi "Milan" maraqlıdır. Mənbənin yazdığına əsasən, “rossoneri” ispaniyalı müdafiəçinin transferi üçün 20 milyon aro ödəməyə hazırdır.
Bildirilir ki, Milan təmsilçisi Xilanın keçidini yay transfer pəncərəsində reallaşdırmaq niyyətindədir. Həmin vaxta futbolçunun "Latsio" ilə müqaviləsinin bitməsinə cəmi bir il qalacaq.
Mario Xila 2022-ci ilin yayında Madrid "Real"ının gənclər komandasında "Latsio"ya 6 milyon avro qarşılığında transfer olunub. "Kral klubu" müdafiəçinin növbəti satışından əldə olunacaq məbləğin 50 faizinə sahibdir. Bu səbəbdən "Milan"la "Latsio" arasında mümkün razılaşma baş tutacağı təqdirdə, "Real" 10 milyon avro gəlir əldə edəcək.