27 yanvar 2026. Çərşənbə axşamı

“Vest Hem”i La Liqa klubuna dəyişdi


  • Transfer
  • 23:14 26.01.2026
  • Oxunma sayı: 35
“Vest Hem”i La Liqa klubuna dəyişdi

“Vest Hem”in yarımmüdafiəçisi Gido Rodriqes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İspaniyanın “Valensiya” klubu argentinalını heyətinə qatıb.

Klub hələlik onun transferinin icarə əsaslı yoxsa daimi olduğunu açıqlamayıb.

Cari mövsümdə “Vest Hem”də az şans qazanan Rodriqes yalnız 8 rəsmi oyunda meydana çıxıb və qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. 2024-cü ilin yayında “Betis”dən “Vest Hem”ə keçən argentinalı futbolçu, karyerası ərzində həmçinin “Defensa” (Argentina), həmçinin Meksikanın “Tixuana” və “Amerika” klublarında çıxış edib.

“Valensiya” cari mövsümdə La Liqada mövqeyini qorumağı hədəfləyir. Hazırda klub 23 xalla 14-cü pillədədir və sonuncu 18-ci yerdən cəmi 2 xal fərqi var.







Transfer

“Aston Villa”dan "Çelsi"yə
  • Transfer
  • 23:32 26.01.2026
“Aston Villa”dan "Çelsi"yə