- Transfer
- 23:58 26.01.2026
“Aston Villa”da çıxış edən yarımmüdafiəçi Morqan Rodqers karyerasını “Çelsi” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, London klubu 23 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib. "Zadəganlar" artıq futbolçunun agenti ilə danışıqlara başlayıb və futbolçunu sabiq komanda yoldaşı Koul Palmer ilə yenidən birlikdə oynatmaq istəyir.
Keçmişdə Palmer və Rodqers birlikdə “Mançester Siti”nin gənclər komandasında çıxış ediblər. Hazırda Rodqers “Aston Villa”da çıxış edir və onun müqaviləsi 2031-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt-ın məlumatına görə, 23 yaşlı Rodgersin bazar dəyəri 70 milyon avrodir. “Çelsi” hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşıb.