27 yanvar 2026. Çərşənbə axşamı

"Mançester Siti" Bobba üçün 40 milyon avro tələb edir


  • Transfer
  • 23:45 26.01.2026
  • Oxunma sayı: 44
"Mançester Siti" Bobba üçün 40 milyon avro tələb edir

İngiltərənin “Mançester Siti” klubunun hücum yarımmüdafiəçisi Oskar Bobb qış transfer pəncərəsinin son günlərində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Fulhem” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır və onun transferi ilə bağlı hazırda danışıqlar həm klublar arasında, həm də özü ilə aparılır.

“Mançester Siti” Bobb üçün 40 milyon avro qiymət istəyir. Gözlənilir ki, keçid icarə deyil, daimi transfer şəklində olacaq.

Hazırda “Mançester Siti” Premyer Liqa turnir cədvəlində 2-ci pillədədir və lider “Arsenal”dan 4 xal geri qalır.







Transfer

“Aston Villa”dan "Çelsi"yə
  • Transfer
  • 23:32 26.01.2026
“Aston Villa”dan "Çelsi"yə