- Transfer
- 23:58 26.01.2026
İspaniyanın “Barselona” klubu sol cinah müdafiəçisi mövqeyinə transfer həyata keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi “Defensor Sporting”in futbolçusu Patrisio Pasifiko icarə əsasında heyətinə qatıb. 19 yaşlı futbolçunun sazişində 1,8 milyon avro + bonuslar dəyərində satınalma hüququ nəzərdə tutulub və müəyyən şərtlər daxilində bu hüquq məcburi ola bilər.
Uruqvaylı futbolçu əvvəlcə “Barselona B” komandasında çıxış edəcək. Qeyd edək ki, “Barselona”nın əsas komandası növbəti oyununu 28 yanvarda Çempionlar Liqasında Kopenhagenlə keçirəcək.