- Transfer
- 23:58 26.01.2026
Braziliyalı müdafiəçi Dani Alveş yaxın zamanda peşəkar futbola qayıda bilər.
90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumata görə, 42 yaşlı futbolçu Portuqaliyanın “San-Joau de Ver” klubunda çıxış etməyi planlaşdırır. Alveş klubun son zamanlarda həmtəsisçisi olub və hazırda çıxış üçün zəruri sənədləri tamamlayır.
Məlumata görə, Alveş hələ də 2026-cı il dünya çempionatında Braziliya yığmasında çıxış etmək arzusundan əl çəkməyib. Bununla belə, onun mundialda iştirakını reallaşdırmaq çox çətin görünür.
Qeyd edək ki, keçən il Alveş bir il müddətində həbsdə olub və onu ona qarşı irəli sürülən zorakılıq ittihamları üzrə işdə bəraət qazanıb.