- Transfer
- 13:04 27.01.2026
“İnter” klubu Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında çıxış edən gənc müdafiəçi Leon Yakiroviçi transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə 2030-cu ilə qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.
Bu keçid İtaliya klubuna 2,5 milyon avroya başa gəlib. Xorvatiyalı futbolçu ilkin mərhələdə “İnter”in U-19 komandasında forma geyinəcək.
Hazırda “İnter” İtaliya A Seriyasının turnir cədvəlində liderdir. Komanda 22 turdan sonra 52 xalla birinci pillədə qərarlaşıb və ən yaxın rəqibini 5 xal qabaqlayır.