- Transfer
- 13:04 27.01.2026
“Yuventus” və İsveçrə millisinin keçmiş müdafiəçisi Ştefan Lixtştayner “Bazel” klubunun baş məşqçisi təyin olunub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Lixtştayner futbolçu karyerasını 2020-ci ildə Almaniyanın “Auqsburq” klubunda başa vurub. O, ən uzun müddət “Yuventus”da çıxış edib və Turin klubunda yeddi mövsüm forma geyinib.
Karyerası ərzində 625 matçda meydana çıxan isveçrəli futbolçu 30 qol vurub, 49 məhsuldar ötürmə edib. O, İsveçrə millisinin heyətində isə 108 oyun keçirib və 8 qola imza atıb.
Ştefan Lixtştayner 7 dəfə İtaliya çempionu, 5 dəfə İtaliya Kubokunun, 4 dəfə İtaliya Superkubokunun qalibi olmaqla yanaşı, İsveçrə çempionu adını da qazanıb.