- Transfer
- 13:04 27.01.2026
Avstriyanın “Avstriya” klubunda çıxış edən müdafiəçi İfeani Ndukve karyerasını İngiltərədə davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı futbolçunu hazırkı İngiltərə çempionu “Liverpul”un heyətinə qatılıb.
Ndukve ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
İfeani “Avstriya”nın akademiyasında yetişib və gənclər komandasında 34 oyunda iştirak edərək 1 qol vurub. Onun bazar dəyəri 1 milyon avro qiymətləndirilir.
İngiltərə Premyer Liqasında 23 turdan sonra “Liverpul” 36 xalla turnir cədvəlində 6-cıdır.