- Transfer
- 13:04 27.01.2026
PSV-nin xorvatiyalı futbolçusu İvan Perişiç yaxın vaxtlarda İtaliyanın “İnter” klubuna qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, 36 yaşlı futbolçunun sabiq klubu ilə müqavilə imzalamaq üzrə olduğu və razılaşmanın 2027-ci ilə qədər nəzərdə tutula biləcək.
Əldə edilən məlumatlara görə, transfer prosesi gələn həftə tam olaraq başa çata bilər.
Perişiç “İnter”də 2015–2022-ci illərdə çıxış edib. 2022-ci ilin yayından isə Niderlandın PSV klubunun formasını geyir. Bu mövsüm futbolçu 27 matçda iştirak edərək 5 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, onun bazar qiyməti 1,3 milyon avrodur.