- Transfer
- 13:04 27.01.2026
“Real” klubunun yarımmüdafiəçisi Auriliyen Tçuameni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumata görə, 26 yaşlı futbolçu üçün Premyer Liqanın iki klubu – “Liverpul” və “Tottenhem” arasında sərt rəqabət gedir. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara da başlayıblar.
“Tottenhem” artıq “Real”a fransız futbolçunun transferi üçün 100 milyon avro dəyərində rəsmi təklif göndərib.
Tçuameni 2022-ci ildən “Real”da çıxış edir, “Monako”dan transfer olunub. Bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 28 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, Tçuameninin bazar qiyməti 75 milyon avrodur.