- Transfer
- 13:04 27.01.2026
“San-Paulu” sabiq hücumçusu Rafinya (Marsio Rafael Ferreira de Souza) ilə əməkdaşlığa başlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı sabiq futbolçu klubda idman direktoru vəzifəsini icra edəcək.
Rəsmi açıqlamada braziliyalı bunları deyib:
“Bu, mənim üçün böyük bir çağırışdır. ‘San-Paulu’ səni çağıranda imtina etmək olmaz. Mən məşqçi heyəti ilə direktorlar şurası arasında körpü olacağam və futbolçularla gündəlik yaxın əməkdaşlıq edəcəyəm. Hamı bilir ki, bu kluba olan bağlılığım böyükdür. Vəziyyəti yaxşıya doğru dəyişmək istəyirəm.”
Karyerası ərzində Rafinya “Şalke” və “Bavariya” kimi klublarda çıxış edib, 7 dəfə Almaniya çempionluğu, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı tituluna sahib olub. Braziliya millisində isə 4 oyun keçirib.