- Transfer
- 17:11 27.01.2026
İngiltərənin “Bornmut” klubu yunan qapıçı Xristos Mandası heyətinə qatıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Albalılar” 24 yaşlı qolkiperı İtaliyanın “Latsio” klubundan mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilədə Mandasın İngiltərədə müəyyən sayda oyun keçirməsi halında avtomatik aktivləşən satınalma opsiyası da yer alıb.
Daha əvvəl qapıçının icarəsinin “Bornmut”a 3 milyon avroya başa gələcəyini bildirmişdi.
Qeyd edək ki, Mandas cari mövsümdə yalnız bir oyunda – İtaliya Kuboku çərçivəsində meydanda olub və həmin qarşılaşmada qapısını toxunulmaz saxlayıb.