27 yanvar 2026. Çərşənbə axşamı

Bruno Fernandeş “Mançester Yunayted”də qalmaq üçün şərt irəli sürdü


  • Transfer
  • 17:11 27.01.2026
  • Oxunma sayı: 16
Bruno Fernandeş “Mançester Yunayted”də qalmaq üçün şərt irəli sürdü

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşin gələcəyi ətrafında müzakirələr davam edir.

90deqiqe.Az-ın "Goal"a istinadən məlumata görə, buna səbəb portuqaliyalı futbolçunun klubla müqaviləsinin bitməsinə az qala il yarım qalmasıdır.

 Fernandeş “qırmızı şeytanlar”la yeni müqavilə imzalamağa hazırdır. Lakin 31 yaşlı futbolçu həftəlik maaşının 400 min funt-sterlinqə (təxminən 460 min avro) qaldırılmasını istəyir.

Qeyd edək ki, Bruno Fernandeş 2020-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, bu müddət ərzində 312 oyunda iştirak edib, 103 qol vurub və 98 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda Mançester təmsilçisi İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.







Transfer