27 yanvar 2026. Çərşənbə axşamı

Duqlas Luis “Aston Villa”ya qayıdır


  • Transfer
  • 17:31 27.01.2026
  • Oxunma sayı: 20
Duqlas Luis “Aston Villa”ya qayıdır

Braziliyalı yarımmüdafiəçi Duqlas Luis karyerasını yenidən “Aston Villa”da davam etdirəcək.  

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Onun sözlərinə görə, tərəflər ötən həftə gündəmə gələn danışıqlardan sonra razılığa gəliblər. “Yuventus”la icarə və sonradan satınalma hüququnu nəzərdə tutan müqavilə üzrə şifahi anlaşma əldə olunub.

Qeyd edək ki, Duqlas Luis cari mövsümü icarə əsasında İngiltərə Premyer Liqasının digər təmsilçisi – “Nottingem Forest”də keçirir. Braziliyalı futbolçu 2024-cü ildə “Yuventus”a transfer olunmuşdu.

Hazırda “Aston Villa” Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və liderdən cəmi 4 xal geri qalır. Birmingem təmsilçisinə artıq dördüncü mövsümdür Unai Emeri rəhbərlik edir.







Transfer