27 yanvar 2026. Çərşənbə axşamı

Palmer “Çelsi”nin hazırkı layihəsindən narahatdır


  • Transfer
  • 20:17 27.01.2026
  • Oxunma sayı: 40
Palmer “Çelsi”nin hazırkı layihəsindən narahatdır

“Çelsi”nin aparıcı futbolçularından biri olan Koul Palmer London klubundakı gələcəyi ilə bağlı tərəddüd yaşayır.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, ingilis yarımmüdafiəçi klubun mövcud layihəsinə tam inanmır.

Mənbə bildirir ki, “Çelsi” rəhbərliyi Palmeri komandanın əsas fiqurlarından biri hesab edir. Lakin futbolçunun özü “mavilərin” uzunmüddətli perspektivdə stabil və çempionluq uğrunda mübarizə aparacaq kollektiv formalaşdıra biləcəyinə şübhə ilə yanaşır. Qeyd olunur ki, Palmer sabiq baş məşqçi Enzo Mareska ilə yaxşı münasibətlərə malik idi və italiyalı mütəxəssisin gedişindən sonra bu narahatlıqlar daha da artıb.

Bir müddət əvvəl “Mançester Yunayted”in 22 yaşlı futbolçu ilə maraqlandığ iddia edilmişdi.

Qeyd edək ki, 2023-cü ildən “Çelsi”də çıxış edən Koul Palmer bu mövsüm bütün turnirlərdə 13 matça çıxıb və 5 dəfə fərqlənib. Futbolçunun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı Palmerin hazırkı bazar dəyərini 120 milyon avro olaraq qiymətləndirir.







Transfer