- Transfer
- 23:36 27.01.2026
İcarə əsasında “Trabzonspor”da çıxış edən müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan qapıçı Andre Onana karyerasını yenidən İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumata görə, kamerunlu qolkiperin “İnter”ə geri dönə bilər.
Onananın nümayəndələri bu həftə Milan şəhərindədir. Onlar artıq “İnter” rəsmiləri ilə görüşüb və 30 yaşlı qapıçının geri dönüş imkanlarını müzakirə ediblər.
Andre Onana 2022/2023 mövsümündə “İnter”də çıxış edib. “Neradzurri”nin heyətində 41 oyunda meydana çıxan Onana 36 qol buraxıb. Transfermarkt portalının ekspertləri qapıçının qiymətini 15 milyon avro qiymətləndirir.