- Transfer
- 23:36 27.01.2026
“Real”ın hücumçusu Endrik, hazırda “Lion”da icarə əsasında çıxış etsə də, “Çelsi”nin maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "Topskills Sport UK"a istinadən məlumata görə, London klubu braziliyalı futbolçunu bu yay transfer etmək istəyir.
Bildirilir ki, “səhnin maviləri” Endrikdə Estevau ilə ideal oyun ortağı görür və futbolçu “Çelsi”də aparıcı rol oynayacaq. Braziliyalı hücumçu London klubunun gənc oyunçulara üstünlük verən sisteminə də mükəmməl uyğun gəlir. "Zadəganlar" artıq futbolçunun agenti ilə danışıqlara da başlayıblar.
Endrik 2024-cü ildə “Palmeiras”dan “Real”a 47 milyon avro qarşılığında keçib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulub. Cari mövsümdə hücumçu 6 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.