- Transfer
- 23:36 27.01.2026
“Əl-İttihad”ın yarımmüdafiəçisi N’Qolo Kante yanvar ayında klubunu dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, “Əl-Nəsr”in hüquq şöbəsinin sabiq direktoru Saad əl-Subayya bildirib ki, “Əl-Nəsr” fransalının transferində maraqlıdır və razılaşmanın ay sonuna qədər baş tutması mümkündür.
Kantə 2023-cü ildə “Çelsi”dən azad agent statusu ilə “Əl-İttihad”a keçib və müqaviləsi 30 iyun 2026-cı ilə qədər etibarlıdır. Cari mövsümdə o, bütün turnirlər üzrə 25 oyuna çıxıb, 2 qol vurub və 1 assist edib.
Transfermarkt portalı Kantəni 4,5 milyon avro qiymətləndirir.