28 yanvar 2026. Çərşənbə

“Everton”un hücumçusu “Mançester Yunayted”ə keçə bilər


  • Transfer
  • 22:54 27.01.2026
  • Oxunma sayı: 22
“Everton”un hücumçusu “Mançester Yunayted”ə keçə bilər

“Everton”un hücumçusu İlman Ndiaye “Mançester Yunayted”ə keçə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumata görə, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunun transferinə ciddi maraq göstərir.

Məlumata görə, “Mançester Yunayted” yanvar transfer pəncərəsi bağlanmadan hücumçunun transferini həll etmək istəyir.Artıq futbolçunun agenti ilə danışıqlar başlanılıb.

Ndiaye 2024-cü ildə “Marsel”dən 18 milyon avro qarşılığında “Everton”a keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub.

Cari mövsümdə Ndiaye bütün turnirlər üzrə 19 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.







Transfer