- Transfer
- 23:36 27.01.2026
“Barselona” bu ay "Bavariya"nın hücumçusu Harri Keyn üçün qeyri-rəsmi sorğu göndərib.
90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumata görə, Kataloniya klubu ingilis hücumçunun yay transferində iştirak imkanını öyrənmək üçün onun ətrafı ilə əlaqə saxlayıb, lakin Keynin nümayəndələri bu təklifi rədd edib.
Daha əvvəl “Bavariya”nın idman direktoru Maks Eberl Keynlə müqavilə uzadılması barədə danışıqlar apardıqlarını bildirib.
32 yaşlı hücumçunun ya 2027/2028, ya da 2028/2029 mövsümünün sonuna qədər Almaniya klubunda qala biləcəyi iddia olunur.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.