28 yanvar 2026. Çərşənbə

“Çelsi”nin sabiq müdafiəçisi Qazaxıstan klubunda oynaya bilər


  • Transfer
  • 23:36 27.01.2026
  • Oxunma sayı: 30
“Çelsi”nin sabiq müdafiəçisi Qazaxıstan klubunda oynaya bilər

“Çelsi”nin sabiq müdafiəçisi Kurta Zuma karyerasını Qazaxıstanın “Kaysar” klubunda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, klub 31 yaşlı futbolçu ilə transfer danışıqları aparır.

Fransalı futbolçu mövsüm üçün 350 min avro (əlavə bonuslarla birlikdə) əmək haqqı tələb edir. Razılıq əldə olunarsa, Zuma “Çelsi”dəki komanda yoldaşı Viktor Mozeslə yenidən bir araya gələcək.

Zuma son olaraq “CFR” klubunda çıxış edib və 10 yanvar tarixində oradan ayrılıb. Hazırda müdafiəçi azad agent statusundadır.

Fransalı oyunçu “Çelsi”də 2014–2021-ci illərdə çıxış edib. London klubunda o, 151 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer