- Transfer
- 11:11 28.01.2026
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun yarımmüdafiəçisi Frank Kessi İtaliya A Seriyasına qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçu “İnter”in maraq dairəsinə düşüb. “Neradzurri” mövsümün sonunda mümkün transferi müzakirə etmək üçün yaxın vaxtlarda afrikalı futbolçunun ətrafı ilə görüş keçirməyi planlaşdırır.
Frank Kessinin mövcud müqaviləsinin müddəti altı aydan sonra başa çatır və o, azad agent statusu ilə əlçatan olacaq. Futbolçunun agentləri bu yaxınlarda A Seriyasının digər nəhəngi – “Yuventus”un nümayəndələri ilə də görüşüblər.
“Мilan”ın sabiq ulduzunun gələcək planları hələlik açıqlanmır. Transfermarkt portalına əsasən, Frank Kessinin hazırkı bazar dəyəri 12 milyon avrodur.