28 yanvar 2026. Çərşənbə

PSJ-nin ulduzu Səudiyyə klublarının hədəfində


  • Transfer
  • 11:11 28.01.2026
  • Oxunma sayı: 32
PSJ-nin ulduzu Səudiyyə klublarının hədəfində

PSJ-nin fransalı hücumçusu Usman Dembele karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumata görə, Səudiyyə Ərəbistanı şeyxləri artıq “Qızıl top”un sahibi olan futbolçunun yay transferi üçün artıq fəal danışıqlara başlayıblar. Potensial keçidin maliyyə detalları və futbolçunu heyətinə qatmaq istəyən klubun adı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Dembele PSJ ilə müqavilənin uzadılması üçün yüksək əməkhaqqı tələb edir. Buna baxmayaraq, Paris klubunun prezidenti açıq şəkildə bildirib ki, komandanın əsas ulduzu olsa belə, klub daxilində müəyyən edilmiş maaş tavanı aşılmayacaq.

"Transfermarkt" portalına əsasən, 28 yaşlı hücumçunun bazar dəyəri 100 milyon avro təşkil edir.







Transfer