28 yanvar 2026. Çərşənbə

Adama Traore Londonda klubunu dəyişdi


  • Transfer
  • 15:34 28.01.2026
  • Oxunma sayı: 27
Adama Traore Londonda klubunu dəyişdi

İspaniyalı vinger Adama Traore klubunu dəyişərək Londonun “Fulhem” klubundan “Vest Hem”ə keçib.

90deqiqe.Az-ın məlumatına görə, “çəkicdöyənlər” 30 yaşlı futbolçu ilə müqavilə imzalayıb. Tərəflər arasında bağlanan razılaşmanın detalları hələlik açıqlanmayıb.

Adama Traore bu transferlə Portuqaliyalı baş məşqçi Nunu Eşpiritu Santu ilə yenidən bir araya gəlib. Vinger daha əvvəl onun rəhbərliyi altında “Vulverhempton”da çıxış edib.

Qeyd edək ki, “Vest Hem” hazırda Premyer Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və düşmə zonasındadır. Komanda növbəti oyununu yanvarın 31-də səfərdə “Çelsi”yə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.







Transfer