28 yanvar 2026. Çərşənbə

"Beşiktaş" "Lokomotiv"in müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 16:04 28.01.2026
  • Oxunma sayı: 19
"Beşiktaş" "Lokomotiv"in müdafiəçisini transfer etmək istəyir

“Lokomotiv”in müdafiəçisi Sesar Montes qış transfer dövründə karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Çempionat"a istinadən məlumata görə, 28 yaşlı futbolçu “Beşiktaş”ın transfer siyahısına daxil edilib. İstanbul klubu artıq meksikalı futbolçunun agenti ilə danışıqlara başlayıb və yaxın günlərdə “Lokomotiv”ə rəsmi təklif təqdim etməyi planlaşdırır.

Sesar Montes 2024-cü ilin sentyabrından “Lokomotiv”in şərəfini qoruyur. O, bu müddət ərzində bütün turnirlərdə 39 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Müdafiəçinin Moskva klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.







Transfer