- Transfer
- 17:31 28.01.2026
“Çelsi”nin mərkəz müdafiəçisi Aksel Disasi qış transfer pəncərəsində klubu tərk edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu “Vest Hem”in maraq dairəsinə düşüb və “çəkicdöyənlər” artıq “Çelsi” rəhbərliyi ilə danışıqlara başlayıblar.
Eyni zamanda, 27 yaşlı müdafiəçi İtaliya klublarının da diqqətini çəkib. Aksel Disasi “Fiorentina” üçün müdafiə xəttində əsas transfer hədəflərindən biridir.
Qeyd edək ki, Disasi cari mövsümdə cəmi 3 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb. Futbolçunun “Çelsi” ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.