- Transfer
- 17:31 28.01.2026
“Napoli”nin və İtaliya millisinin sabiq hücumçusu Lorentso İnsinye karyerasını “Peskara”da davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu Seriya B təmsilçisinin rəhbərliyi ilə müqavilə şərtlərini müzakirə edib. İnsiñyenin mövsümün sonuna qədər “Peskara”da çıxış edəcəyi qeyd olunur.
Komandanın cari mövsümü uğurla başa vuracağı və aşağı liqaya düşməyəcəyi halda, italiyalı hücumçu ilə müqavilənin uzadılması planlaşdırılır.
Xatırladaq ki, İnsinye daha əvvəl də “Peskara”nın formasını geyinib. O, 2011–2012-ci illər mövsümündə bu klubda çıxış edib. Hazırda futbolçu azad agent statusundadır. Onun son klubu MLS-də mübarizə aparan “Toronto” olub.