- Transfer
- 17:31 28.01.2026
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını “Liverpul”da davam etdirə bilər.
90deqiqe.Az-ın "DaveOCKOP"a istinadən məlumata görə, tərəflər mümkün transferlə bağlı artıq ilkin danışıqlar aparıblar. 21 yaşlı futbolçu digər nüfuzlu klubların marağına baxmayaraq, “Enfild”ə keçidi karyerası üçün prioritet variant hesab edir.
Cari mövsümdə Adam Uorton bütün turnirlərdə 31 oyunda iştirak edib və 3 qolla yadda qalıb. İngiltərəli yarımmüdafiəçinin “Kristal Pelas”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, Uortonun bazar dəyəri 60 milyon avro təşkil edir.