- Transfer
- 21:09 28.01.2026
“İnter”in sağ cinah müdafiəçisi Denzel Dumfris Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "Sport Mediaset"ə istinadən məlumata görə, Niderland millisinin üzvü ilə “Barselona” və “Mançester Siti” maraqlanır.
29 yaşlı futbolçu hər iki klubun radarındadır. “Barselona” Joao Kanselunun gəlişinə baxmayaraq, Dumfrisin sağ cinahda rəqabəti artıracağına və komandaya əlavə güc qatacağına inanır.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da Dumfrisi heyət üçün uyğun transfer variantı hesab edir. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avrodur. Müdafiəçinin “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.