- Transfer
- 22:00 28.01.2026
“Çelsi” yarımmüdafiəçi Rəhim Sterlinqlə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Sterlinq 2022-ci ilin yayında “Mançester Siti”dən “Çelsi”yə transfer olunub və klubun heyətində üç il yarım çıxış edib.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm “Çelsi”nin heyətində meydana çıxmayıb və əsas komandadan kənar məşqlər edib. Sterlinqin London təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. O, ötən mövsümü icarə əsasında “Arsenal”da keçirib.