28 yanvar 2026. Çərşənbə

“Renn”in müdafiəçisi “Çelsi”yə keçəcək


  • Transfer
  • 22:00 28.01.2026
  • Oxunma sayı: 31
“Renn”in müdafiəçisi “Çelsi”yə keçəcək

“Renn”in mərkəz müdafiəçisi Ceremi Çaqe karyerasını İngiltərədə davam etdirəcək.

90deqiqe.Az-ın "Topskills Sport UK"a istinadən məlumata görə,20 yaşlı futbolçu “Liverpul” və digər böyük klubların marağına baxmayaraq “Çelsi”yə keçməyi qərara alıb.

Klub və Fransa komandası arasındakı danışıqlar davam edir, lakin yanvar ayında razılaşma əldə etmək çətin görünür. Gözlənilir ki, Çaqe yay transfer pəncərəsində “Çelsi”yə keçəcək.

Qeyd edək ki, Ceremi Çaqe “Renn”in yetirməsidir və onun mövcud müqaviləsi 30 iyun 2029-cu ilədək nəzərdə tutulub. Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 18 oyunda iştirak edib, qol və məhsuldar ötürmə qeydə almayıb. Transfermarkt portalı Çaqeni 20 milyon avro dəyərində qiymətləndirir.







Transfer