- Transfer
- 21:20 29.01.2026
Türkiyənin “Fənərbağça” klubu hazırda Braziliyanın “Korintians” komandasında çıxış edən hücumçu Yuri Alberto ilə maraqlanır.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumata görə, İstanbul təmsilçisi əsas hücumçusu Yussef En-Nesirini 25–30 milyon avro qarşılığında satmağı planlaşdırır. Klub yeni forvard transferi üçün əldə ediləcək vəsaiti məhz bu satış hesabına formalaşdırmaq niyyətindədir.
Hazırkı mərhələdə “Fənərbağça” Yuri Albertin transferi ilə bağlı “Korintians”a rəsmi təklif göndərməyib. Lakin En-Nesiri satılacağı təqdirdə Türkiyə klubu danışıqlara başlayacaq.
28 yaşlı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir. Mərakeşli futbolçu 2024-cü ilin yayından etibarən “Fənərbağça”nın şərəfini qoruyur. O, cari mövsümdə klub səviyyəsində 25 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.