- Transfer
- 21:35 29.01.2026
“İnter” klubunun dayaq yarımmüdafiəçisi Kristjan Asllani karyerasını icarə əsasında Türkiyənin “Beşiktaş” klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında razılaşma hazırda şifahi şəkildə əldə olunub.
Müqaviləyə əsasən, icarə razılaşmasında futbolçunun transfer hüququnun alınması (opsiya) nəzərdə tutulur. Asllaninin maaşı isə tam şəkildə “Beşiktaş” tərəfindən ödəniləcək. Alban yarımmüdafiəçi cari mövsümün sonunadək – iyun ayına qədər İstanbul təmsilçisinin formasını geyinəcək.
23 yaşlı futbolçu yaxın vaxtlarda transferin rəsmiləşdirilməsi üçün İstanbulda olacaq.
Qeyd edək ki, Aşllani bu mövsüm icarə əsasında “Torino”nun heyətində 16 matça çıxıb. Onun bazar dəyəri “Transfermarkt” portalına görə 13 milyon avro olaraq qiymətləndirilir.