29 yanvar 2026. Cümə axşamı

Benzema “Əl-İttihad”ın təklifindən narazıdır


  • Transfer
  • 21:20 29.01.2026
  • Oxunma sayı: 33
Benzema “Əl-İttihad”ın təklifindən narazıdır

“Əl-İttihad” klubu ilə müqaviləsini uzatmağı planlaşdıran Kərim Benzema təqdim olunan təklifdən narazı qalıb.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumata görə, təklifdə onun mövcud maaşından xeyli aşağı – illik 108 milyon dollar səviyyəsində bir ödəniş təklif olunub.

Benzema bu təklifi təhqir kimi qiymətləndirib və özünü alçaldılmış hiss edir.

Daha əvvəl xəbər verilmişdi ki, mövcud situasiya səbəbindən 38 yaşlı futbolçu “Əl-Fateh” ilə matçda iştirak etməkdən imtina edib və oyun siyahısına daxil edilməyib.

Hazırda bütün işarələr göstərir ki, Benzema bu yay sərbəst agent kimi yeni kluba keçəcək. Qeyd edək ki, 2022-ci ildə fransız ulduz “Qızıl top” mükafatını qazanıb. O, 2009–2023-cü illərdə İspaniyanın “Real” klubunda çıxış edib.







Transfer