29 yanvar 2026. Cümə axşamı

"Trabzonspor" “Spartak”ın futbolçusunu heyətinə qatmaq istəyir


  • Transfer
  • 21:35 29.01.2026
  • Oxunma sayı: 42
"Trabzonspor" “Spartak”ın futbolçusunu heyətinə qatmaq istəyir

 Moskva “Spartak”ının hücumameyilli yarımmüdafiəçisi Esekyel Barko karyerasını Türkiyənin “Trabzonspor” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Trabzon Kulis"ə istinadən məlumata görə, Trabzon klubu argentinalı futbolçu ilə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar davam edir. 

26 yaşlı futbolçu 2024-cü ilin yayından “Spartak”ın formasını geyinir. Cari mövsümdə o, bütün turnirlər üzrə 21 oyunda çıxış edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Barko ilə “Spartak” arasındakı mövcud müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 14 milyon avrodur.







Transfer