29 yanvar 2026. Cümə axşamı

“Real” yeni baş məşqçi axtarır


  • Transfer
  • 22:14 29.01.2026
  • Oxunma sayı: 28
“Real” yeni baş məşqçi axtarır

“Real” klubu yaxın yayda baş məşqçi dəyişikliyi etməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, klub daxilində əsas namizəd kimi "Aston Villa"nın baş məşqçisi Unay Emeri müzakirə olunur. Eyni zamanda Yurgen Klopp və digər mütəxəssislərin də adları gündəmdədir. Hazırda müzakirələr yalnız klub daxilində aparılır.

Qeyd edək ki, Alvaro Arbeloa mövcud mövsümü – 2025/2026-cı ilin sonuna qədər “Real”da işləməyə davam edəcək.

“Real” Çempionlar Liqasının çərşənbə günü keçirilən oyununda “Benfika”ya 2:4 hesabı ilə uduzub. Bu nəticədən sonra “kremli” komanda ümumi mərhələ cədvəlində 9-cu pillədə qərarlaşıb və birbaşa 1/8 finala yüksələ bilməyib. Hazırda Unay Emeri “Aston Villa”, Yurgen Klopp isə “Red Bull” klubunu çalışdırır.







Transfer