- Transfer
- 23:45 29.01.2026
ABŞ-ın "San-Xose Earthquakes" klubu amaniyalı hücumçu Timo Verneri heyətinə qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Cari mövsümdə Verner Almaniyanın "Leypsiq" klubunda çıxış etsə də, əsasən ehtiyatda qalıb. O, yalnız 3 oyuna çıxıb və qol vurmaq imkanını əldə etməyib.
Verner karyerasına "Ştutqart" akademiyasında başlayıb, 2016-cı ildə "Leypsiq"ə transfer olunub, 2020-ci ildə isə "Çelsi"yə keçib. 2022-ci ilin yayında "Leypsiq"ə qayıdan futbolçu, ötən mövsüm isə icarə əsasında "Tottenhem"də çıxış edib.