30 yanvar 2026. Cümə

Ruben Neveş “Əl-Hilal” ilə yeni müqaviləyə yaxınlaşır


  • Transfer
  • 23:45 29.01.2026
  • Oxunma sayı: 35
Ruben Neveş “Əl-Hilal” ilə yeni müqaviləyə yaxınlaşır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu və dayaq yarımmüdafiəçi Ruben Neveş arasında yeni uzunmüddətli müqavilə üzrə danışıqlar yekunlaşmaq üzrədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O 28 yaşlı futbolçu ilə 3 illik yeni müqavilə imzalanacağını qeyd edib.

Avropanın bir sıra klubları da portuqaliyalıya maraq göstərir, xüsusilə "Mançester Yunayted" və "Real Madrid" onun danışıqlarını izləyirlər əgər razılıq baş tutmazsa sözügedən klublar danışıqlara başlayacaqlar.

Cari mövsümdə futbolçu bütün turnirlər üzrə 22 matça çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə edib və 6 sarı vərəqə alıb. Transfermarkt portalı Neveşin bazar dəyərini 25 milyon avro qiymətləndirir.







Transfer