- Transfer
- 23:59 29.01.2026
Türkiyənin “Trabzonspor” klubu mərkəz hücumçusu Filipe Auqustonun transferi üçün 20 milyon avro tələb edir.
90deqiqe.Az-ın "Trabzon Kulis"ə istinadən məlumata görə, braziliyalı futbolçunun xidmətində “Zenit” maraqlıdır və hazırda tərəflər arasında danışıqlar davam edir.
Əvvəlki məlumatlara görə, Sankt-Peterburq klubu 21 yaşlı futbolçu üçün 10 milyon avronu birbaşa ödəməyi, əlavə olaraq 4,5 milyon avro bonus verməyi təklif edib. Həmçinin, “Zenit” braziliyalı hücumçunun sonrakı satışından 15% pay təqdim etməyi planlaşdırır.
Auqusto “Trabzonspor”da 2025-ci ilin yayından çıxış edir. Bu müddət ərzində o, bütün turnirlər üzrə 21 oyunda iştirak edib və 10 qol vurub. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, Avgustonun bazar dəyəri 6 milyon avrodur.