- Transfer
- 22:13 30.01.2026
Türkiyənin “Fənərbağça” klubunun xorvatiyalı qapıçısı Dominik Livakoviç mövsümün ikinci yarısını vətənində keçirəcək.
90deqiqe.Az İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, Xorvatiya millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında Zaqreb “Dinamo”suna keçib. Təcrübəli qolkiper daha əvvəl də Avropada müxtəlif klublarda icarə əsasında çıxış edib.
Belə ki, Livakoviç ötən mövsüm İspaniyanın “Jirona” klubunda icarə əsasında forma geyinmişdi.
Qeyd edək ki, Dominik Livakoviç 2023-cü ilin avqust ayından etibarən “Fənərbağça”nın şərəfini qoruyur.