30 yanvar 2026. Cümə

“Latsio” Şelderupun transferindən imtina edə bilər


  • Transfer
  • 21:54 30.01.2026
  • Oxunma sayı: 29
“Latsio” Şelderupun transferindən imtina edə bilər

İtaliyanın “Latsio” klubu Portuqaliyanın “Benfika” komandasının yarımmüdafiəçisi Andreas Şelderupu transfer etmək planından imtina edə bilər.

90deqiqe.Az-ın məlumata görə, bu barədə "A Bola" məlumat yayıb.

Əvvəl “Latsio” oyunçunun agentləri ilə danışıqlar aparırdı və tezliklə müqavilənin imzalanacağı gözlənilirdi. Lakin Şelderupun UEFA Çempionlar Liqasının son matçında Madrid “Real”ına qarşı uğurlu çıxışı “Benfika”nın norveçli futbolçunun müqaviləsini uzatmaq qərarına gəlməsinə səbəb olub.

Roma klubunda isə hesab edirlər ki, 21 yaşlı oyunçunu əlverişli qiymətə almaq artıq mümkün deyil. Cari mövsümdə Şelderup 26 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt-a görə onun bazar qiyməti 14 milyon avrodur.







Transfer