30 yanvar 2026. Cümə

"Liverpul" və "Arsenal" "Real Madrid"in oyunçusu uğrunda mübarizə aparırlar


  • Transfer
  • 22:13 30.01.2026
  • Oxunma sayı: 30
"Liverpul" və "Arsenal" "Real Madrid"in oyunçusu uğrunda mübarizə aparırlar

 İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumata görə, “Liverpul” 23 yaşlı futbolçu ilə maraqlanır.  Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.

“Enfild”də Kamavinqa həm mərkəz yarımmüdafiəçi, həm də sol müdafiəçi kimi oynamaq bacarığına görə yüksək qiymətləndirilir. İngiltərə Premyer Liqasının digər top-klubu “Arsenal” da fransız futbolçunun xidmətində maraqlıdır.

Bununla belə, Kamavinqanın transferi baha başa gələcək. Madrid klubu onun 80-100 milyon avro dəyərindəa şağı qiymətə satılmayacağını bildirib.

2025/2026 mövsümündə Kamavinqa 24 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer