31 yanvar 2026. Şənbə

“Fənərbağça” Lukman üçün "Atalanta" ilə 40 milyon avroya razılığa gəldi


  • Transfer
  • 22:57 30.01.2026
  • Oxunma sayı: 29
“Fənərbağça” Lukman üçün "Atalanta" ilə 40 milyon avroya razılığa gəldi

İtaliyanın “Atalanta” komandası Ademola Lukman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu nigeriyalı futbolçunun transferi ilə bağlı danışıqlar aparıb.  

İstanbul klubu Lukmanı bonuslarla birlikdə 40 milyon avro qarşılığında “Atalanta”dan transfer etməyə razılığa gəlmək üzrədir. Transferin bank zəmanətləri üzərində işlərin davam etdiyi bildirilib.

Rəsmi razılaşma başa çatdıqdan sonra Lukman ilə 4,5 illik müqavilə imzalanacaq və futbolçunun illik net maaşı 7 milyon avro olacaq.

Qeyd edək ki, ötən yay Lukmana Milanın “İnter” klubu da maraq göstərmişdi, lakin oyunçu komandadan buraxılmamışdı. Bu isə onun bir müddət meydana çıxmaqdan imtina etməsinə səbəb olmuşdu.

Cari mövsümdə 28 yaşlı futbolçu 19 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer