- Transfer
- 23:58 30.01.2026
Nigeriyalı hücumçu Terem Moffi Portuqaliyanın çempionluq yarışında lider olan “Portu” ilə anlaşma imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu mövsümün qalan hissəsini bu komandada keçirəcək. Futbolçunun hüquqları Fransanın “Nitsa” klubuna məxsusdur.
Ötən ilin sonunda Moffi və komanda yoldaşı Ceremi Boqa “Nitsa” azarkeşlərinin zorakılığına məruz qalmış və klub dəyişmək istəklərini bildirmişdilər.
Cari mövsümdə 26 yaşlı futbolçu 15 oyunda 3 qol vurub. Transfermarkt portalına görə, onun bazar qiyməti 10 milyon avrodir.