31 yanvar 2026. Şənbə

“Milan” Sissenin transferi ilə bağlı “Verona” ilə razılığa gəldi


  • Transfer
  • 15:54 31.01.2026
  • Oxunma sayı: 32
“Milan” Sissenin transferi ilə bağlı “Verona” ilə razılığa gəldi

İtaliyanın “Milan” klubu “Verona”nın hücumameyilli yarımmüdafiəçisi Alfadjo Sissenin transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O “rossoneri”n gənc yarımmüdafiəçini 8 milyon avro sabit məbləğ qarşılığında heyətinə qatdığını və müqavilədə nəzərdə tutulan bonuslar əsasında “Verona” daha 1,5 milyon avro gəlir əldə edə biləcəyini qeyd edib.

Sisse cari mövsümün sonuna qədər icarə əsasında “Katandzaro”da qalacaq.

Hazırda 19 yaşlı futbolçu icarə əsasında “Katandzaro” klubunda çıxış edir.

Cari mövsümdə Alfadjo Sisse bütün turnirlər üzrə 21 oyunda meydana çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Verona” ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, yarımmüdafiəçinin hazırkı bazar dəyəri 6 milyon avro təşkil edir.







Transfer