31 yanvar 2026. Şənbə

“Mançester Siti”nin qapıçısı bu kluba keçir


  • Transfer
  • 16:39 31.01.2026
  • Oxunma sayı: 32
“Mançester Siti”nin qapıçısı bu kluba keçir

“Mançester Siti”nin qapıçısı Ştefan Orteqa karyerasını İngiltərənin “Nottingem Forest” klubunda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O klubların 33 yaşlı qapıçının transferi üzrə şifahi razılığa gəldiklərini və Orteqanın “Nottingem Forest” ilə qısa müddətli müqavilə imzalayacağını qeyd edib.

Qeyd edək ki, cari mövsümdə alman qapıçı hələ bir dəfə də meydana çıxmayıb. Transfermarkt portalının məlumatına görə, Orteqanının bazar qiyməti 5 milyon avrodur.







Transfer