- Transfer
- 18:04 31.01.2026
“Feyenord”un sağ müdafiəçisi Civayro Rid “Liverpul”un futbolçusu olmayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O Mersisayd təmsilçisinin hələ də yeni sağ müdafiəçi axtarışlarını davam etdirdiyini lakin Rid hazırda zədədən bərpa olunduğu üçün “Liverpul” onu heyətinə qatmayacağını bildirib.
Eyni zamanda, “Bavariya” və “Mançester Siti” futbolçuya maraq göstərir, lakin hər iki klub Ridi yalnız yay transfer pəncərəsində almağı planlaşdırdığını da əlavə edib.
Qeyd edək ki, “Liverpul”un baş məşqçisi Arne Slot ötən günlərdə yeni sağ müdafiəçi transferinin pəncərə bitmədən həyata keçirilə biləcəyini istisna etməmişdi.
Hazırda “Liverpul” İngiltərə Premyer Liqasında 23 oyundan sonra 36 xalla 6-cı pillədə qərarlaşıb.