1 fevral 2026. Bazar günü

 “Bavariya"nı “Roma”ya dəyişə bilər


  • Transfer
  • 23:24 31.01.2026
  • Oxunma sayı: 32
 “Bavariya"nı “Roma”ya dəyişə bilər

 “Bavariya”nın hücumçusu Brayan Saraqosa karyerasını İtaliya çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Roma” komandası ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir.

 İtaliya klubu artıq oyunçu ilə əməkdaşlıq şərtlərində razılığa gəlib. İndi isə mövzu ilə bağlı danışıqlar klublar arasında davam edir.

Hazırda futbolçu icarə əsasında “Selta”da çıxış edir.

Cari mövsümdə Saraqosa 26 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Münhen klubuyla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalına görə, Saraqosanın hazırkı bazar dəyəri 10 milyon avrodur.







Transfer